Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:15

Luhanks və Donetskdə separatçılar seçkilər keçirir


Ukraynanın Rusiyayönlü separatçıların nəzarətində olan bölgəsində seçkilər başlayıb. Özlərini Luhansk və Donetsk vilayətlərinin rəsmiləri elan edən şəxslər bu seçkilrədə qondarma “xalqlar respublikası”üçün xalqlar şurası və liderlər seçəcəklər.

Ukrayna höküməti, Birləşmiş Ştatalar, Avropa Birliyi və BMT baş katibi Ban Ki-moon bu seçkiləri qeyri-legitim adlandırıb.

Bu seçkilərdə qondarma Luhansk vilayətinin hazırki lideri İgor Plotnitsky və 3-ü “sosial hərəkat”dan olan ümumilikdə 4 nəfər xalqlar şurasındakı mandat uğrunda rəqabət aparır.

Qondarma Donetsk respublikasının lideri Aleksandr Zakharchenko da daxil 3 nəfər xalqlar şurasında yer uçun mübarizə aparır. Separatçıların rəsmisi bildirib ki, noyabrın 1-də 3 milyon bülleten çap olunub və online səsvermə başlayıb.

Bu seçkiləri heç bir beynəlxaql təşkilat, məsələn ATƏT-in monitorinq qurupu izləmir. Lakin separatçılar bildirib ki, seçkilərdə xarici ölkələrdən 30-70 arası müşahidəçi izləyir. Həmçinin Abkhaziadan da izləyənlər var.

Ukrayna höküməti və beynəlxalq ictimaiyyət bu seçkiləri tanımayacağını bəyan edib. Bildiriblər ki, bu seçkilər Ukrayna, Rusiya, ATƏT və separatçı bölgələr arasında imzalanan Minsk razılaşmasını təhdid altında qoyur.

XS
SM
MD
LG