Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 03:37

SSRİ-nin ilk rəsmi milyonçusu Cənnət Əliyev vəfat edib


SSRİ-nin ilk rəsmi milyonçusu, Azərbaycan cəmiyyətinin bəstəkar kimi tanıdığı Cənnət Əliyev
SSRİ-nin ilk rəsmi milyonçusu, Azərbaycan cəmiyyətinin bəstəkar kimi tanıdığı Cənnət Əliyev

-

SSRİ-nin ilk rəsmi milyonçusu, Azərbaycan cəmiyyətinin həm də bəstəkar kimi tanıdığı Cənnət Əliyev vəfat edib. Son aylarda onun səhhətində ciddi problemlər yarandığı bildirilirdi.

Cənnət Salman oğlu Əliyev 17 aprel 1954-cü ildə Şahbuz rayon Keçili kəndində dəyirmançı ailəsində anadan olub. 9 yaşında atasını itirən Cənnət Əliyev İnternat məktəbində böyüyüb. Naxçıvan Dövlət Pedaqoji, Azərbaycan Xalq Təsərrüfatı İnsititutlarını, daha sonra Sverdlovsk Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1982-ci ildən Rusiyanın polis orqanlarında işləyib. Yenidənqurma illərində bizneslə məşğul olmağa başlayıb. 1987-ci ildə Sverdlovskda özünün «Təbriz» kooperativini yaradan Cənnət Əliyev qısa müddətdə uğur qazanır. Bundan sonra o, SSRİ-nin ilk rəsmi milyonçusu kimi tanınır.

1990-cı il 20 Yanvar faciəsində gülləbarana düşdükdən sonra ciddi psixoloji zədə alır. Cənnət Əliyev müharibə illərində Azərbaycan ordusuna xeyli vəsait ayıran şəxs kimi də tanınır. O, 1994-cü ildə Rusiya Federasiyası Kalmıkiya Respublikasının prezidenti Kirsan İlümjinov-un Yaxın Şərq və Ərəb ölkələri üzrə nümayəndəsi təyin edilib. Cənnət Əliyev Rusiyada yaşayırdı.

Cənnət Əliyev 1989-cu ildə özünün bəstələdiyi «Təbrizim» mahnısına çəkdirdiyi kliplə məşhurlaşıb. Bu klipin SSRİ sərhəd kommunikasiyasının yandırılmasında ilhamverici rol oynadığını düşünənlər də az deyil. Klip Sverdlovsk vilayətində, İset çayının sahilində çəkilib. Cənnət Əliyev klip üçün xeyli vəsait ayıraraq bu çayın kənarında 2 km. uzunluğunda SSRİ-İran sərhədini xatırladan sərhəd çəkdirir. Klipin gedişində bu dirəklərə od vurularaq, dağıdılır. Həmin klip yayımlanandan 10 gün sonra, 31 dekabr 1989-cu ildə Azərbaycanla İran arasında sərhəd dirəkləri yandırılır.

Həmin gün tarixə Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi düşür.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG