Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Noyabr, şənbə, Bakı vaxtı 13:00

Azərbaycanda ilk cizgi filmlərini o çəkib


Sərgi posteri

-
Oktyabrın 31-də Mədəniyyət və Turizm Nazirliyi, “Arts Council Azerbaijan” Qeyri-Hökumət Təşkilatı və “Qalereya 1969” sərgi salonunun təşkilatçılığı ilə tanınmış rəssam və rejissor Nazim Məmmədovun anadan olmasının 80 illik yubileyinə həsr edilmiş “Mənim yolum” adlı xatirə sərgisi açılacaq.

Noyabrın 2-dək davam edəcək sərgidə Nazim Məmmədovun seçilmiş əsərləri nümayiş olunacaq.

İlk cizgi filmlərinin müəllifi olan Nazim Məmmədov Azərbaycanda animasiyanın inkişafına əvəzsiz töhfələr verib.

O, həm də rəngkarlıq, qrafika janrı ilə məşğul olub, uşaq kitablarına illüstrasiyalar çəkib.

Server xətası

Deyəsən texniki xəta baş verib, Hazırda texniki yardım qrupumuz xətanın səbəblərini araşdırır.

Saytın ünvanını düz yazdığınıza əmin olun, ya da zəhmət olmasa, bunu bir başqa brauzerdə də axtarın

Nazim Məmmədov 1934-cü ildə Bakıda doğulub.

1957-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq kollecini, 1961 - ci ildə Moskvada "Soyuzmultfilm"də "rəssam-multplikator" ixtisası üzrə təhsilini bitirib.

1988-ci ildə 5 hissəli "Göyçək Fatma" cizgi film-operasını yaradıb.

"Cırtdan", "Cırtdanın yeni sərgüzəştləri","Humayın yuxusu","Tülkü həccə gedir" kimi məşhur cizgi filmlərinin rejissorudur.

Nazim Məmmədov 2004-cü il oktyabrın 29-da Bakıda vəfat edib

Günün bütün mövzuları

XS
SM
MD
LG