Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:27

Evdar qadınlar, sürücülər də tamaşa göstərir


Şəhər Xalq Teatrları Festivalı, Bakı 2014-cü il
Şəhər Xalq Teatrları Festivalı, Bakı 2014-cü il

-

Oktyabrın 27-dən 31-dək Bakıda Şəhər Xalq Teatrlarının Festivalı keçirilir. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə baş tutan festivalın məqsədi mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin işinin daha da inkişaf etdirmək, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi, həvəskar teatr kollektivlərinin fəaliyyətini dövrün tələblərinə uyğun qurmaq və əhalinin teatr sənətinə marağını artırmaqdır.

Festivala 250 nəfərdən çox iştirakçı qatılıb.

Xalq kollektivləri və dram dərnəklərində mədəniyyət müəssisələrinin işçiləri, məktəbli, tələbə və həvəskar aktyorlar iştirakçıları edir.

Həvəskar aktyorlar arasında festivala evdar qadın, sürücü, təqaüdçü də qatılıb
Həvəskar aktyorlar arasında festivala evdar qadın, sürücü, təqaüdçü də qatılıb

Həvəskar aktyorlar arasında festivala evdar qadın, sürücü, təqaüdçü, kitabxanaçı, kulinar və mühafizəçilər də qatılıb.

Qalibləri 5 nəfərdən ibarət münsiflər heyəti müəyyən edəcək.

Münsiflər heyəti xüsusi vərəqələrdə hər tamaşadan sonra qiymətləndirmə aparır və verilmiş ballar əsasında festivalın mükafatçılarını müəyyənləşdirir.

Festivalın münsiflər heyətinin tərkibinə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti - Könül Axundova; Dövlət Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri, əməkdar mədəniyyət işçisi - Atababa Hacıbabayev; Şuşa Musiqili Dram Teatrının baş rejissoru, əməkdar artist - Loğman Kərimov; Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar artist - Azad Şükürov ; Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinin dosenti, əməkdar incəsənət xadimi - Aydın Əzimov daxildir.

Xalq Teatrları Festivalının təqdimat mərasimi oktyabrın 31-də Mərdəkan Mədəniyyət Sarayında baş tutacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG