Keçid linkləri

2017, 24 May, çərşənbə, Bakı vaxtı 00:55

İD yaraqlıları onlarla iraqlını edam edir, 25 kürd uşağı buraxır


Kobani

İslam Dövlət yaraqlılarının İraqın qərbi Ənbar vilayətində azı 30 sünni tayfa başçısını edam etdiyi bildirilir. Yerli rəsmilər edamların oktyabrın 29-da Hit şəhərində həyata keçirildiyini bildirir. Bu şəhər oktyabrın əvvəlində İD yaraqlılarının əlinə keçib.

Bu qətldə məqsədin digər sünni tayfaları arasında İD-ə qarşı müqaviməti əngəlləmək olduğu bildirilir. İD qətlə görə məsuliyyəti dərhal üzərinə götürməyib. Ancaq yaraqlılar öncə də İraqda və Suriyada yüzlərlə edam həyata keçiriblər.

İD oktyabrın 29-da 25 suriyalı kürd məktəblini azad edib. Xəbəri Britaniyada mənzillənən, Suriyada vətəndaş müharibəsini izləyən Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı yayıb. Mayda İD cihadçıları Kobani şəhərindən yaşı 13-14 olan 150 uşağı oğurlamışdı. Onlar Hələbdə imtahandan qayıdırdılar. Sonra həftələr ərzində bir neçə uşaq qaça bilib, digərləri ya qrup, ya da fərdi şəkildə buraxılıb.

Kobanidə İD-lə kürd qüvvələri arasında döyüşlər davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG