Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:44

«DəmirBank»a qarşı 10 milyonluq iddia


Manat
Manat

-

«DəmirBank» bir sıra hüquqi və fiziki şəxslərin adlarına verilmiş 10 milyon 666 min 600 manat kreditin təyinatı üzrə istifadə edilməyərək mənimsənilməsində təqsirləndirilir.

Bu barədə Baş Prokurorluq oktyabrın 28-də məlumat yayıb.

Lakin prokurorluq İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə bu gün – oktyabrın 29-da yaydığı məlumatda ilkin araşdırmada təqsirin sübuta yetirilmədiyi qeyd olunur. Məlumatda deyilir:

«Araşdırmaların ilkin mərhələsində «DəmirBank» ASC İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil bankı kimi çıxış etdiyi, amma mənimsənildiyi bildirilən məbləğ əsas etibarı ilə bankın öz vəsaitidir. Fondun hesabına verilmiş vəsaitə münasibətdə ciddi qanun pozuntuları aşkar edilməyib».

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Prokurorluqdan bildirilir ki, araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

XS
SM
MD
LG