Keçid linkləri

Təcili xəbərlər
2021, 14 İyun, Bazar ertəsi, Bakı vaxtı 07:12

İstehlaka yararsız məhsullar satışdan çıxarılıb


Arxiv foto

Bakının Sabunçu, Xətai rayonlarında, eləcə də Sumqayıt şəhərində, Tovuz, Biləsuvar, Sabirabad, Gəncə, Qusar, Şabran və Şəki rayonlarında mağazalarda saxlanma müddəti ötmüş malların satıldığı aşkarlanıb. Bunu İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi monitorinqlər üzə çıxarıb.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcək.

XS
SM
MD
LG