Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 15:26

Oktyabrın 28-də Avropa Birliyinin səfirləri Krımın birləşdirilməsi və Ukraynanın şərqində rusiyayönlü separatçıların dəstəyinə görə Rusiyaya qarşı tədbiq olunan sanksiyaları qüvvədə saxlamaq qərarına gəlib.

Sanksiyalar tədbiq olunarkən AB üzvləri sanksiyaların gücləndirilməsi və ya yüngülləşdirilməsi ehtimalını nəzərə alaraq oktyabrın sonunda Ukrayna ilə münasibətdə Rusiyanın davranışına təkrar nəzər salmağı qərarlaşdırmışdılar.

İtaliya və Macarıstan kimi ölkələrin liderləri belə bir sanksiyaların təsiri olmadığını, yüngülləşdirilməli və ya ləğv olunmalı olduğunu bildiriblər. Lakin sanksiya rejimində dəyişiklik yalnız bütün üzv dövlətlərin razılığı ilə ola bilər.

AB-nə üzv ölkələr sanksiyaların ləğvi məsələsində razılığa gələ bilmirlər. Bəziləri, məsələn, Litva düşünür ki Rusiyaya qarşı sanksiyalar gücləndirilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG