Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:41

Müsəlman dünyası niyə gerilədi?-Mətbuat icmalı


-

“Müsəlman dünyasının geriləməyinin səbəbi – ona kənar təsirlərdir- yunan fəlsəfəsi, fars poeziyası , sosiasizm, social demokratiya və s. İslam cəmiyyətini bu təsirlərdən təmizləmək lazımdır”- Sayyed Qutbun bu nəzəriyyəsi indi islamçı hərəkatlarda aparıcı ideologiyadır.

Pakistanda qadın haqları irəliyə getmək əvəzinə, geriyə gedir. Kişinin çoxarvadlı olması onun arvadına boşanmağa əsas vermir. Pakistanın dini şurasının qərarı.

Rusiya həm sanskiyaların götürülməsini, həm də simasının saxlanmasını istəyir.

Dünya mediası bu gün nədən yazır?

Wall Street Journal qəzetində Aly Salem yazır ki, o, 1980-ci illərdə Misirdə böyüyüb. Bir gün o, kitab dükanına gedəndə orda Sayyed Qutb-ün “Quranın kölgəsində” kitabını görüb. Müəllif yazır ki, 1966-cı ildə vəfat edən Qutb Müsəlman Qardaşlığının, regiondakı bütün müsəlman hərəkatlarının nəzəriyyəçisidir.

Qutb öz kitabında bu nəticəyə gəlir ki, müsəlman dünyasının geriləməyinin səbəbi kənar mədəni və siyasi təsirlərdir. Bu təsirlərə hər şey - Yunan empirisizmindən tutmuş liberal demokratiya və sosilaizmə qədər, fars poeziyasından tutmuş Hegel fəlsəfəsinə qədər hər şey daxildir.

Sayyed Qutb hesab edirdi ki, müsəlman dünyasını yenidən canlandırmağın bir yolu var, o da müsəlman cəmiyyətlərini bütün bu kənar təsirlərdən təmizləmək və 7-ci əsrdəki islama qayıtmaqdır.

Müəllif yazır ki, Sayyed Qutbun baxışları indi əksər müsəlman ölkələrində aparıcı siyasi ideologiyadır.

Pew Araşdırma Mərkəzinin 2013-cü il sorğusuna görə, bir çox müsəlman ölkəsində əhalinin yarıdan çoxu qadınların başıbağlı gəzməsinə, daşqalaqla edama tərəfdardır.

Sorğuda istisnalar yalnız uzun illər dünyəvilik təcrübəsi olan Türkiyə və kommunist keçmişi olan Tacikistan, Bosniya, Albaniya kimi ölkələrdir. Ancaq bunlarda da bunlarda da islamçılıq artır.

Müəllif yazır ki, tarixin təmayülü dəyişib. O yazır -50 il qabaq Misirdə qadınların başıbağlı gəzməsi tələbini heç kim eşitməmişdi. Indi Misirdə qadınların 90 faizi başıbağlı gəzir.

Dünya 50 il qabaq indikindən daha irəlidə idi.

PAKISTANDA QADIN HAQLARI

New Republic məcmuəsi yazır ki, Pakistanda qadın haqları yanlış istiqamətdə gedir. Pakistanın İslam İdeologiyası Şurası müşavir funksiyasını yerinə yetirən qurumdur. Bu qurum ölkə qanunlarının islama uyğun olub-olmamasını öyrənir və tövsiyyə verir. Bu il bu qurumun işi çox olub. Bu işlərin də mərkəzində evlənmək məsələsi durur.

Mart ayında Şura bildirdi ki, yenidən evlənmək üçün kişinin öz arvadlarından icazə almasını tələb edən mövcud qanunvericilik islama ziddir, ona görə dəyişməlidir.

May ayında Şura elan etdi ki, uşaqların evlənməsini qadağan edən qanunlar islama ziddir.

Bir həftə qabaq isə Şura yeni qərarını verdi. Çoxarvadlılıq qadının öz ərindən boşanması üçün səbəb ola bilməz.

Şuranın bu il təklif etdiklərini cəmləsək, belə çıxır ki, qızlar 12 yaşından ərə gedə bilər, kişi öz arvadından icazə almadan 2-ci, 3-cü, 4-cü dəfə evlənə bilər və onun çoxarvadlılığına görə heç bir arvadı ondan boşana bilməz.

Hələlik Pakistanın Milli Məclisi bu təkliflərin heç birini qəbul etməyib. Bunların qüvvəyə minməsi üçün Milli Məclis onları qanun kimi qəbul etməlidir.

Ancaq Şuranın verdiyi qərarlar bir qayda olaraq mövcud qanunlara əlavələr kimi qəbul olunur.

Pakistanda müsəlman ailəsi qanunları 1947-ci ildən başlanır. O illərdə Pakistanın BMT-dəki səfiri Mohammad Ali Bogra Amerika qəzetlərinə müsahibəsində deyirdi ki, Pakistanda çoxarvadlılıq Qərbdəki boşanmaya alternativdir.

1961-ci ildə qəbul olunan qanunvericilik də çoxarvadlılığı Pakistanda qadağan etmir. Ancaq tələb edir ki, yeni arvad almaq istəyən əvvəlki arvadlarının yazılı razılığını alsın.

RUSİYA SİMASINI SAXLAMAQ İSTƏYİR

Moscow Times qəzeti yazır ki, Moskva sanskiyalara son qoymağa və eyni vaxtda simasını saxlamağa çalışır. Qəzet yazır ki, Moskva sanksiyaların götürülməsini birbaşa xahiş etmir. Ancaq bunun ətarfında çox incə diplomatik oyun oynayır.

Qəzetin fikrincə, Moskva elə bir çərçivə istəyir ki, burda böyük strateji qələbədən danışa bilsin və Ukraynaya edəcəyi “xırda” güzəştləri bu “böyük” qələbə ilə izah edə bilsin.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG