İranın rəsmi İRNA agentliyinin məlumatına görə, ölkənin cənub-şərqində olan Zahedan şəhərində zəhərli qazdan 130 adam xəstəxanaya düşüb. Sistan-Bəlucistan vilayətində 100-dən çox məktəb bağlanıb.
Xəstəxanaya düşənlərdən 60-ı məktəb şagirdləridir.
Zəhərlənmənin əlamətləri nəfəs problemləri, baş ağrılarıdır.
Vilayətin qubernatoru Arjmandi Əfqanıstan və Pakistanla sərhəddə yerləşən bu vilayətdə sabotaj ola bilməsi fikrini rədd edir.
O deyib ki, bir özəl şirkətin işçisi saxlanıb. O, oktyabrın 26-da vaxtı keçmiş pestisidi şəhərin su kanalına tökməkdə şübhəli ilinir. Qubernator bildirir ki, kanalda həmin pestisidlərlər kimyəvi reaksiyaya uğrayıb və zəhərli qazlar əmələ gəlib.