Keçid linkləri

2025, 19 May, Bazar ertəsi, Bakı vaxtı 12:51

Hakimlər cəzalandırılıb


Qanunvericiliyin tələblərini kobudcasına pozduqlarına görə, Beynəlxalq Müqavilələrdən İrəli Gələn Mübahisələrə Dair İqtisad Məhkəməsinin sədri Rasim Hüseynova, həmin məhkəmənin hakimi Afaq Nuriyevaya, Binəqədi Rayon Məhkəməsinin hakimi Zoya Əliyevaya irad tutulub, Nərimanov Rayon Məhkəməsinin hakimi Müslüm Əliyeva və Sabunçu Rayon Məhkəməsinin sədri Arzu Əbilhəsənova isə töhmət verilib. Eyni zamanda, A.Əbilhəsənovun fəaliyyəti qeyri-qənaətbəxş hesab edildiyinə görə, o, rayon məhkəməsinin sədri vəzifəsindən azad olunub. Dəfələrlə intizam məsuliyyətinə cəlb edilmiş Xətai Rayon Məhkəməsinin hakimi İsgəndər Qasımovun hakimilik səlahiyyətlərinə Məhkəmə-Hüquq Şurasının müraciəti əsasında dövlət başçısı xitam verib.


İki ay əvvəl Ədliyyə naziri Fikrət Məmmədov 49 hakim haqqında intizam icraatının aparıldığını bildirmişdi. İnsan Hüquqları üzrə Ombudsman Aparatına daxil olan şikayətlərin yarıdan çoxunda isə vətəndaşların hüquqlarının daha çox məhkəmələrdə pozulduğu bildirilir.



XS
SM
MD
LG