Keçid linkləri

Təcili xəbərlər
2021, 17 İyun, Cümə axşamı, Bakı vaxtı 12:53

ABŞ iranlı qadının edamını pislədi


Reyhaneh Jabbari məhkəmədə, 2007


ABŞ İranda qətldə təqsirli bilinmiş qadının asılmasını pisləyib.

Rayhaneh Jabbari İranda xüsusi xidmət orqanının keçmiş əməkdaşını öldürməkdə təqsirli bilinib.

ABŞ Dövlət Departamentinin sözcüsü Jen Psaki bunu "ciddi məsələ" adlandırıb.

Sözcü bildirir ki, Jabbari etirafları "təzyiq altında" edib.

26 yaşlı Jabbari oktyabrın 25-də asılıb.

İnternetdə onun müdafiəsi üçün kampaniya aparılırdı.

Hüquq müdafiəçiləri hesab edirlər ki, Rayhaneh Jabbari 2007-ci ildə ona təcavüz etmək istəyən Morteza Abdolali Sarbandi-ni özünümüdafiə məqsədilə öldürüb.

Qadının edam olunması ilə bağlı məlumatı IRNA agentliyi yayıb. Onun vəkilləri də faktı təsdiqləyiblər.

XS
SM
MD
LG