Keçid linkləri

2025, 18 May, bazar, Bakı vaxtı 03:51

Vəkilləri «Yeni Fikir»çilərin və Mirzə Sakitin azadlığa buraxılması üçün beynəlxalq təşkilatlardan yardım gözləyir


«Yeni Fikir» Gənclər təşkilatının həbsdə olan fəallarının dövlət çevrilişi etməsi məhkəmədə sübut olunmasa da, onların bu maddəylə cəzalandırılması ağlasığmazdır»- vəkil Osman Kazımov bildirir ki, dövlət çevrilişi törədən şəxsin dövlət obyektlərinə hücumu, silahlı basqın kimi əməlləri sübut olunmalıdır. Ruslan Bəşirlinin, Ramin Tağıyevin və Səid Nurinin belə əməlləri isə nə istintaq dövründə, nə də məhkəmədə sübut olunmayıb, Apellyasiya Məhkəməsi isə vəkillərin şikayətinə baxmayıb.


İndi vəkillər Ali Məhkəməyə və Avropa İnsan Haqları Məhkəməsinə şikayət verməyə hazırlaşır.


«Azadlıq» siyasi blokunun insan hüquqları müdafiə komissiyasının oktyabrın 6-da keçirilən toplantısında hüquq müdafiəçiləri həm «Yeni Fikir»çilərin, həm də satirik jurnalist Mirzə Sakitin həbsiylə bağlı məhkəmə hökmlərinin beynəlxalq hüquqi normalara zidd olduğunu, onların azadlığa buraxılmalarını tələb etdilər.


Mirzə Sakitin müdafiəçiləri isə bildirdilər ki, məhkəmənin ilk dəfə həbs olunan şəxsə ittiham olunduğu maddə üzrə ən yüksək cəza verilməsi ilə hüququn ədalətlilik prinsipi pozulub. Müdafiəçilər xarici ölkələrin Azərbaycandakı səfirliklərinə və beynəlxalq təşkilatlara da müraciət edərək bu işdə onlara yardım göstərmələrini xahiş etdilər.


«Yeni Fikir» Gənclər Təşkilatının fəalları Ruslan Bəşirli və Ramin Tağıyev dövlət çevrilişi etmək ittihamı ilə 7 və 3 il müddətinə azadlıqdan məhrum edilib, Səid Nuri isə 5 il şərti cəza alıb.


«Azadlıq» qəzetinin əməkdaşı Mirzə Sakit narkotik maddə istifadə etməkdə günahlandırılıb və 3 il azadlıqdan məhrum edilib.


XS
SM
MD
LG