Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:29

Yerevanda müxalifət "3-lüyü" etiraz nümayişi keçirir


Yerevanda 10 oktyabrdakı mitinq
Yerevanda 10 oktyabrdakı mitinq

Oktyabrın 24-də Bakı vaxtı ilə saat 18:00-da Yerevanda müxalifət “3-lüyünün” etiraz mitinqi başlanır.

Mitinqi Erməni Milli Konqresi, “Çiçəklənən Ermənistan” və “Miras” partiyaları təşkil edir.

“Miras” partiyasının parlament fraksiyasının lideri Ruben Akopian mitinqdən qabaq deyib ki, “gündəliyin məğzi belədir: bu siyasi qüvvələr hakimiyyətin dəyişdirilməsinə gedirlər”.

Ancaq o əlavə edib ki, “bu yol xəritəsinin detalarına gəldikdə, bunlar hələ redaktə olunur, çünki hər siyasi qüvvənin öz yanaşması, öz senarisi var”.

Bununla belə o, deyib ki, aradakı fikir ayrılıqlarının mitinqə qədər və ya mtinq vaxtı həll olunacağına ümid edir.

XS
SM
MD
LG