Keçid linkləri

Təcili xəbərlər
2021, 09 May, bazar, Bakı vaxtı 06:42

Polis qadınlar miniətək geyə bilməyəcəklər


Arxiv foto

Rusiya Daxili İşlər Nazirliyi qadınların miniətək geyinməsini yasaqlayıb.

Rusiyanın polis qadınları indən belə miniətək zövqündən məhrum qalacaqlar. Ölkənin Daxili İşlər Nazirliyi qadın polis əməkdaşlarının miniətək geyinməsini qadağan edib. Bu xəbəri yayan «İzvestiya» qəzeti qadağanın səbəbini də açıqlayıb: miniətəkli qadınlar polis paltarında da diqqət yayındırırlar.

Nazirliyin yeni sərəncamında kişi polislər də unudulmayıb. Onlar da uniformanın qollarını çırmalamaq zövqündən məhrum olunublar. Rusiya DİN-in sərəncamında bütövlükdə polis uniformasına hər hansı fərdi düzəliş də yasaqlanıb.

XS
SM
MD
LG