Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 20:29

Hilal Məmmədov 1 günlüyə azadlığa çıxdı


Hilal Məmmədov
Hilal Məmmədov

-

Hilal Məmmədov qızının toyunda iştirak etmək üçün 17 saylı Cəzaçəkmə Müəssisəsindən buraxılıb.

Bu haqda AzadlıqRadiosuna onun qardaşı Səbahəddin Məmmədov məlumat verib.

Hilal Məmmədovu nəzarətçilər müşayiət edir.

Qardaşı deyir ki, Hilal Məmmədovu, deyildiyi kimi, 3 yox, 1 günlüyə azadlığa buraxıblar.

***
«Tolışi sədo» qəzetinin həbsdə olan baş redaktoru Hilal Məmmədov qızının toyunda iştirak etmək üçün yaxın dəqiqələrdə 3 günlük azadlığa buraxılacaq.

Bu haqda AzadlıqRadiosuna hüquq müdafiəçisi Səidə Qocamanlı məlumat verib:

«Hilal Məmmədovun müvəqqəti azadlığa buraxılması ilə bağlı prosedur yekunlaşıb. Bu gün saat 19-da azadlığa buraxılacaq».

Hilal Məmmədov 2012-ci ilin iyun ayında tutulub, 5 il azadlıqdan məhrum edilib. Məhkəmə onu dövlətə xəyanətdə, milli ayrı-seçkilik salmaqda və narkotik ticarətində təqsirli bilib. O, Bakıdakı 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.

XS
SM
MD
LG