Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:56

"Məmurlar torpağımı əlimdən alıb"


Arxiv fotosu
Arxiv fotosu

Zərdabın Çallı kənd sakini Sovqat Zamanov “Qaynar xətt”ə danışır ki, icra hakimiyyətində qanunsuzluqla üzləşib.

"DEDİLƏR HASAR QANUNSUZDUR, SÖKDÜLƏR"

“Qoca və savadsız olmağından istifadə edib torpağımın üzərindən hördürdüyüm hasarı ağır texnika ilə yerlə-yeksan ediblər. Səbəb kimi isə onu göstəriblər ki, guya mən həmin torpağı zəbt etmişəm, hasar da qanunsuzdur. Əslində həmin torpaq mənə məxsusdur, bunu təsdiq edən sənədlərim də var”.

Sovqat Zamanovun deməsinə görə, həyətyanı torpaq sahəsi 2200 kv.metirdir və orada 50 metr uzunluğunda mişar daşından hasar çəkdirib:

“Çallı kənd icra nümayəndəsi Ramiz Məmmədov gəlib bildirdi ki, çəkdirdiyin hasar zəbt etdiyin torpağın üzərinə düşür. Gördüm hasarı sökdürmək istəyir, rayon rəhbərliyinə müraciət etdim. Düşündüm ki, qanunu torpağım olduğu üçün rayon rəbərliyi mənə kömək edər. Ancaq hər şey tərsinə oldu. İcra hakimiyyətində əvvəl məndən 3000 manat istədilər ki, hasarı sökməsinlər. Dedim, əvvəla hasar qanunidir, niyə pul verməliyəm? İkincisi də, kəndli babada o qədər pul hardan… Sabahı gün ekskavator gətirib hasarı aşırdılar.

Zərdab rayon icra hakimiyyətindən bildiriblər ki, Sovqat Zamanov hasar çəkərkən ətraf torpaqları da zəbt edərək öz torpaq sahəsinə qatıb. Belə ki, onun sənədlə 1922 kv.m torpaq sahəsi olduğu halda, 2220 kv.m torpaq sahəsini hasara aldırıb.

TORPAQ ŞÖBƏSİ SƏHLƏNKARLIQ EDİB?

Zamanovsa deyir, torpaq sahəsinin sənəddə az göstərilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsinin səhlənkarlığındandır:

“Onların texniki səhvi üzündən mənə ayrılmış torpaq sahəsi sənəddə 2200 kv.m göstərmək əvəzinə, 1922 kv.m göstərilib. Bu barədə Çallı bələdiyyəsinin sədirinin məktubu da var. 2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. İcra hakimiyyəti işçilərinin qanunsuz və özbaşına əməllərindən prezidentə məktub yollamışam. İnanıram ki, ölkə başçısı yaxın vaxtlarda halal torpağımın özünə qaytarılması üçün yerli icra hakimiyyətinə göstəriş verəcək”.

XS
SM
MD
LG