Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:42

Son bir ayda hava zərbələri ilə Suriyada 521 islamçı yaraqlı öldürülüb


ABŞ-ın Suriyadakı hava zərbələri ilə son bir ayda 521 islamçı yaraqlı öldürülüb. Suriya İnsan Haqları Müşahidəsi Qrupu oktyabrın 23-də bildirib ki, ölənlərin 462 nəfəri İslam Dövləti yaraqlısı, 57 nəfəri Əl-Qaida ilə bağlı əl-Nusra təşkilatının yaraqlısıdır.

Hava zərbələri ilə ölənlərin 32 nəfəri isə mülki şəxsdir.

Oktybarın 22-də İraq Kürdüstanı regionunun parlamenti Suriyada kürdlərin yaşadığı Kobaniyə kürd peşmərgələrinin göndərilməsi haqda qərar verdi.

XS
SM
MD
LG