Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:09

Alpinisti Murad Aşurlu həlak olub- [Fotolar]


O, 2013-cü ildə dünyanın ən yüksək zirvəsi olan Everesti fəth etmiş üçüncü Azərbaycan alpinisti olmuşdu

Onun cənazəsinin helikopterlə Nepalın paytaxtı Kətmənduya gətirildiyi bildirilir.

Aşurlu ilə eyni ekspedisiyada olan yoldaşları deyiblər ki, Murad qrupla birlikdə məşhur Ama Dablam dağından enərkən qoruyucu kəndir qırılıb və o, 300-400 metr yüksəklikdən qayaların üstünə düşüb.

Hava şəraiti pis olduğundan onu hadisə baş verən kimi axtarmaq mümkün olmayıb.

Murad Aşurlunun meyiti ertəsi gün xilasedici helikopter komandası tərəfindən qaldırılıb.

İtkin düşdüyü xəbər verilmişdi

Bundan əvvəl verilən xəbərlərdə Murad Aşurlunun itkin düşdüyü barədə məlumat verilmişdi.

Onun axtarışında iştirak etmək üçün qardaşı, Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu da Nepala yollanmışdı.

Mətbuat xəbər verir ki, Azərbaycanın ən təcrübəli alpinistlərindən olan Murad Aşurlu 2007-ci ildə Şimali Amerikanın ən yüksək zirvəsi olan McKinley-ni fəth etmişdi.

O, 2013-cü ildə dünyanın ən yüksək zirvəsi olan Everesti fəth etmiş üçüncü Azərbaycan alpinisti olmuşdu.

42 yaşlı alpinist təhsilini Moskvada almışdı və son illərdə ABŞ-dakı aparıcı telekommunikasiyalar şirkətlərindən birində çalışırdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG