Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 08:44

«Üç gündür yuyunmurduq ki...»


«Bədənimizdə bizi döyən polislərin əl izləri qalıb».
«Bədənimizdə bizi döyən polislərin əl izləri qalıb».

-

«Alyans» Canlı Aləmi Mühafizə Birliyinin könüllüləri Sumqayıt polisində döyüldüklərinin bildirən – Lada Penkova və Aytən İsmayılova prokurorluqda izahat veriblər. AzadlıqRadiosuna bu barədə Aytən İsmayılova məlumat verib.

«DÖYÜLMƏMİZİ SÜBUT EDƏN ŞƏKİLLƏR DƏ YAYIMLANIB»

Onun sözlərinə görə, Sumqayıt Şəhər Prokurorluğuna öz təşəbbüsləri ilə müraciət ediblər:

«Bu, ciddi məsələdir. Polisdə bizi döyüblər və bununla bağlı mətbuatda məlumat gedib. Döyülməmizi sübut edən şəkillər də yayımlanıb. Gözləyirdik ki, bütün bunlardan sonra hüquq-mühafizə orqanlarının özü bizimlə maraqlanacaq. Bu, baş vermədi. Düşündük ki, Bədənimizdəki döyülmə izlərinin bir neçə günə itəcəyini düşündüyümüzdən prokurorluğa üz tutduq ki, bizi ekspertizadan keçirsinlər. Prokurorluqda bizdən izahat alıb, Sumqayıt Şəhər Tibbi Ekspertizaya Mərkəzinə göndərdilər. Ancaq bizə bunu təsdiqləyən heç bir sənəd təqdim olunmadı. Şifahi şəkildə zəng vurub mərkəzə tapşırdılar, biz də ora getdik».

«YƏQİN İZİ İTİRMƏK İSTƏYİRLƏR»

Aytən İsmayılova bildirir ki, mərkəzdə onların bədənindəki xəsarət izləri qeydə alınıb:

«Həkim baxdı, xəsarətləri qeydiyyata aldı. Biz daha dərin ekspertiza istəyirdik. Bədənimizdə bizi döyən polislərin əl izləri qalıb. Liflər vasitəsi ilə həmin izlərin kimə məxsus olduğunu təyin etmək mümkündür. Üç gündür yuyunmurduq ki, bu liflər itməsin. Gözləyirdik ki, müraciət etdiyimiz Sumqayıt Şəhər Baş Polis İdarəsi bunu edəcək. Onlar da heç maraqlanmırlar. Yəqin izi itirmək istəyirlər. Gözləyirlər xəsarətin izləri itsin, sonra desinlər ki, guya bizi heç kim döyməyib».

POLİS EKSPERTİZANIN NƏTİCƏSİNƏ HƏLƏ MÜNASİBƏT BİLDİRMƏYİB

Sumqayıt Şəhər Baş Polis İdarəsindən Aytən İsmayılova və Lada Penkovanın şikayətləri barədə AzadlıqRadiosuna məlumat vermək istəmədilər.

Lada Penkova və Aytən İsmayılova oktyabrın 16-da Sumqayıt 4-cü Polis Bölməsində döyüldüklərini bildirmişdilər. Bölmənin rəis əvəzi Fərəməz Bağırov AzadlıqRadiosuna müsahibəsində qızların bu iddiasının gerçəyi əks etdirmədiyini söyləmişdi.

XS
SM
MD
LG