Keçid linkləri

2017, 24 Aprel, Bazar ertəsi, Bakı vaxtı 00:08

-

Avropa Parlamenti Sakharov mükafatını Konqolu həkim Denis Mukwege (Mukveqe) vermək haqda qərar çıxarıb. Bunu elan edən Avropa Parlamentinin rəhbəri Martin Schulz (Şults) bildirib ki, mükafat qrupunun qərarı digər 2 namizədin əhəmiyyətini azaltmır.

Xatırladırıq ki, Sakharov mükafatına namizdələr arasında Mukwege ilə yanaşı Ukraynanın məşhur AvroMaydan hərəkatı və Azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunus da var idi.

Martin Schulz elan edib ki, Avropa Parlamentinin prezidentlər toplantısı qərara alıb ki, təcili şəkildə Leyla Yunusla görüşmək, ona demokratiya, azadlıq uğrundakı mübarizəsində dəstək olmaq üçün Azərbaycana nümayəndə heyəti göndərsin. O bildirib ki, Bakıya gedən heyət Avropa Parlamentindəki bütün siyasi qruplardan nümayəndələrlə təmsil olunacaq.

Leyla Yunus bu ilin iyul ayında Bakıda həbs olunub, hazırda MTN təcridaxanasında saxlanılır. Onu Ermənistanın xeyrinə casusluqda ittiham edilər. Leyla Yunus ittihamları rədd edir, həbsinin İlham Əliyev və onun hakimiyyətinin kəskin tənqidi ilə bağlı olduğunu bildirir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG