Keçid linkləri

2026, 06 Aprel, Bazar ertəsi, Bakı vaxtı 01:25

AB Rusiyanı Ukraynada atəşkəsi təmin etməyə çağırır

Donetsk şəhərində sursat zavodu partladılıb.Ukrayna
Donetsk şəhərində sursat zavodu partladılıb.Ukrayna

Avropa Birliyi (AB) Rusiyanı Ukraynada böhranı həll etmək üçün Minsk razılaşmasındakı öhdəliklərini yerinə yetirməyə çağırır.

AB oktyabrın 20-də xarici işlər nazirlərinin görüşündən sonra bəyanat yayıb. Qurum bildirir ki, “Minsk sənədləri çərçivəsində bütün digər öhdəliklərin dərhal yerinə yetirilməsini” gözləyir. AB həmçinin “qanunsuz silahlı qrupları, hərbi texnikanı, yaraqlıları geri çəkməyə, Ukrayna-Rusiya sərhədinin təhlükəsizliyini təmin etməyə” çağırır.

Bəyanatın verildiyi gün Ukraynanın şərqində, separatçıların nəzarətində olan Donetsk şəhərində sursat zavodu partladılıb. Xəsarət alanlar barədə məlumat yoxdur.

Rusiyayönlü yaraqlılar Ukrayna qüvvələrinin zavodu raketlə vurduğunu deyir. Ukrayna ordusu hadisəyə dəxli olmadığını bildirib.

This item is part of
XS
SM
MD
LG