Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 09:06

"Azərbaycanda insan haqlarına təzyiq" Vaşinqtonda müzakirəyə çıxarılır


“Azərbaycanda insan haqlarına təzyiqin daha geniş təsirləri”- tədbiri oktyabrın 27-də Vaşinqton DC-də keçiriləcək. Təşkilatçılar Freedom House hüquq-müdafiə təşkilatı və Açıq Cəmiyyət Fondudur.

Tədbirdə əsas çıxışçılar Avropada Sabitlik Təşəbbüsü təşkilatının sədri Gerald Knaus və Avropa və Avrasiya Bürosunun (E&E) administrator köməkçisi Paige Alexander-dir.

Müzakirəyə Freedom House-un prezidenti David Kramer və Açıq Cəmiyyət Fondunun Avrasiya üzrə baş siyasi təhlilçisi Jeff Goldstein moderatorluq edəcək.

XS
SM
MD
LG