Keçid linkləri

Təcili xəbərlər
2021, 22 İyun, çərşənbə axşamı, Bakı vaxtı 15:56

İlham Əliyev Gəncə vaqon zavodunun təməlini qoyub


«Stadler» elektrik qatarı

-

Prezident İlham Əliyev oktyabrın 18-də Gəncədə «Stadler» vaqon istehsalı zavodunun təməlqoyma mərasiminə qatılıb.

Prezident və xanımı Mehriban Əliyeva zavodun sxemi, burada istehsal ediləcək vaqonların eskiz layihələri ilə tanış olublar.

İsveçrənin «Stadler Rail Group» şirkəti ilə Azərbaycanın «Railway International Distribution» MMC arasında imzalanan müqaviləyə əsasən, Gəncə zavodu ilkin mərhələdə ildə 60 vaqon istehsal edəcək.

Zavodun 2016-cı ildə istifadəyə verilməsi planlaşdırılır. Vaqonların Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və İrana satılması da nəzərdə tutulub.

«Stadler Rail Group» şirkəti 1942-ci ildən sərnişin və ixtisaslaşdırılmış vaqonların, tramvay və parovozların istehsalı ilə məşğuldur. Şirkətin İsveçrə, Almaniya, Polşa, Avstriya, İtaliya, ABŞ və digər ölkələrdə zavodları fəaliyyət göstərir.

XS
SM
MD
LG