Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 12:44

Azərbaycanlı yazıçının kitabı İngiltərədə çap edildi


-

Bu günlərdə Böyük Britaniyada yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının «Tərs axın» («Reverse Flow») adlı povest və hekayələr kitabı nəşr olunub.

Kitaba müəllifin «Ölüm yuxusu» povesti, müxtəlif illərdə qələmə aldığı «Tərs axın», «Kor düyün», «Və­tən», «Səhər dumanı», «Mağara», «Qütb gecəsi», «İlğım» və «Yarpaqsız budaqların yaşıl nəşməsi» hekayələri daxil edilib.

Michael Brannokun redaktəsi ilə nəşr edilmiş kitabdakı povest və hekayələri birləşdirən ümumi cəhət onların cəmiyyətdə özünü göstərən özgələşmə, yaddaşsızlaşma, biganələşmə probleminə etiraz motivləri ilə seçilməsidir.

XS
SM
MD
LG