Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:46

ABŞ Rusiyanın Memorialı bağlamaq niyyətindən “narahatdır”


Memorial Moskvada tədbir keçirir
Memorial Moskvada tədbir keçirir

ABŞ Dövlət Departamentindən AzadlıqRadiosuna bildirilib ki, Vaşinqton Rusiya hökumətinin Memorial insan hüquqları təşkilatını bağlamaq üçün qaldırdığı məhkəmə iddiasından narahatdır. Rusiyanın qocaman tanınmış insan haqlarını müdafiə təşkilatı olan Memoriala qarşı məhkəmə iddiasına noyabrın 13-də Rusiya Ali Məhkəməsində baxılacaq.

Rusiyanın Ədliyyə Nazirliyi oktyabrın 10-da Ali Məhkəməyə müraciət edib ki, Memorialı bağlasın. Bu qurumun ölkə üzrə 50 filialı, tanınmış insan haqları mərkəzi var.

Ədliyyə Nazirliyi xahişinin niyəsini açıqlamayıb. Memorial-ın fikrincə, nazirlik onu təşkilati strukturuna görə bağlamaq istəyir.

Memorial İnsan Haqları Mərkəzinin başçısı Oleg Orlov deyib ki, əvvəllər Rusiya Memorial Cəmiyyəti kimi tanınan çətir təşkilata hüquqi hücum hökumətin təzyiqlərinin artacağının göstəricisidir.


XS
SM
MD
LG