Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 01:19

Putinin heykəlini dağıdan Femen üzvü cərimələndi


Paris məhkəməsi Putinin mum heykəlini dağıdan Femen qrupunun üzvünü cərimələyib.

Ukraynanın öz çılpaq etirazları ilə məşhur olan Femen qrupunun üzvü olan Zhdanova iyun ayında Parisdə mum heykəllər zalında çılpaq sinəsində “Putini öldür” şüarı ilə Putinin heykəlini dağıtmışdı.

İndi məhkəmə onu vandalizmə görə 1500 avro cərimə edib.

Məhkəmə qərarını Zhdanova gülərək qarşılayıb. O deyib ki, bu qərar gülməlidir.

26 yaşlı Zhdanova məhkəmədən sonra isə bildirib ki, qərar onun üçün gözlənilməz olub. Ancaq qeyd edib ki, onların çılpaq etirazları həmişə diqqəti cəlb edir, ona görə qərarın onun üçün əhəmiyyəti yoxdur.

Zhdanova iki ildir ki, Fransada siyasi mühacir kimi yaşayır.

XS
SM
MD
LG