Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Sentyabr, çərşənbə, Bakı vaxtı 18:52

M.Qurbanlı: «İslam ölkələri arasında radikal dini qruplaşmalara ən az azərbaycanlılar qoşulur»


Mübariz Qurbanlı

-

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Mossad bin Ibrahim bin Abdullah Al-Slaim ilə görüşüb.

Komitənin saytında yerləşdirilən məlumatda deyilir ki, səfir Azərbaycanda dinlərarası və məzhəblərarası münasibətlərin yüksək səviyyədə olmasından məmnunluq ifadə edib. Dini radikalizm meyllərinin getdikcə daha çox gücləndiyi müasir dünyada ekstremist qruplara qarşı birgə mübarizə və təcrübə mübadiləsinin zəruriliyini nəzərə çatdırıb.

Mübariz Qurbanlının isə builki Həcc ziyarətinin müvəffəqiyyətli təşkilinə görə Səudiyyə Ərəbistanı hökumətinə minnətdarlığını bildirib. Komitə sədri «radikal və ekstremist qrupların İslamla heç bir əlaqəsinin olmadığını, İslam ölkələri arasında belə qruplaşmalara ən az azərbaycanlıların qoşulduğunu» vurğulayıb.

O, dini maarifləndirmənin gücləndirilməsi, radikal qrupların gəlir mənbələrinin qarşısının alınması və onlara qarşı sərt hüquqi-inzibati tədbirlərin görülməsinin radikalizmlə mübarizənin mühüm elementləri olduğuna diqqət çəkib.

Görüşdə, həmçinin, gələcək qarşılıqlı əməkdaşlığın və birgə layihələrin perspektivləri müzakirə edilib.

XS
SM
MD
LG