Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Oktyabr, bazar, Bakı vaxtı 18:00

«Axırıncı dayanacaq» bədii filminin təqdimatı olacaq


«Axırıncı dayanacaq»

-

Oktyabrın 17-də saat 19:00-da Nizami Kino Mərkəzində dövlət sifarişi ilə Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında çəkilmiş «Axırıncı dayanacaq» bədii filminin təqdimatı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, komediya janrında olan film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir.

Filmin çəkilişləri Bilgə qəsəbəsindəki qocalar evində və kinostudiyanın pavilyonunda aparılıb.

Filmin quruluşçu rejissoru Fikrət Əliyev, ssenari müəllifləri İlqar Fəhmi və Fikrət Əliyev, quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamı İbrahim Xəlil Əminov, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Rollarda xalq artistləri Fuad Poladov, Zemfira Nərimanova, Ağaxan Salmanlı, Tariyel Qasımov, Arif Quliyev, əməkdar artistlər Zemfira Sadıxova, Tofiq Hüseynov və b. çəkiliblər.

XS
SM
MD
LG