Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:32

Əli Həsənov girovların qaytarılması üçün müraciət etdi


Əli Həsənov
Əli Həsənov

-

Baş nazirin müavini Əli Həsənov Ermənistan tərəfindən girov götürülmüş mülki vətəndaşlar - Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət edib.

Bu haqda AzərTAc Nazirlər Kabinetinə istinadla məlumat yayıb.

Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Piter Maurerə, BMT-nin baş katibi Pan Gi Muna, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreşə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Zeid Raad əl-Hüseynə, Avropa Komissiyasının vitse-prezidenti xanım Vivian Redinqə, Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda və ATƏT-in baş katibi Lamberto Zannierə rəsmi müraciət ünvanlayıb.

Məlumatda deyilir ki, məqsəd girovların qaytarılmasını sürətləndirmək və beynəlxalq konvensiyalara zidd olaraq girovlara qarşı qurulmuş məhkəmə prosesinin dayandırılmasına nail olmaqdır.

Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyulunda işğal edilmiş Kəlbəcər rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüblər. Onlar doğmalarının məzarını ziyarət üçün ora getdiklərini bildiriblər.

Onların yanında olan Həsən Həsənov qətlə yetirilib. Onun nəşi Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə qarşı tərəfdən alınıb.

XS
SM
MD
LG