Keçid linkləri

Təcili xəbərlər
2021, 08 May, şənbə, Bakı vaxtı 23:24

Krımda əhali siyahıya alınır


Krım

-

Rusiya hakimiyyəti martda anneksiya etdiyi Krımda əhalini siyahıya almağa başlayıb. Oktyabrın 14-də başlanmış proses ayın 25-də bitəcək.

Krım Statistika İdarəsinin rəsmisi Yelena Tvirovich jurnalistlərə deyib ki, sakinlərə 33 sualdan ibarət anket veriləcək.

Anketdə ünvan, yaşayış evinin tipi, ailə statusu, gəlir və etnik mənsubiyyətə dair suallar yer alıb.

Bu arada insan haqları fəalları anneksiyaya qarşı çıxan Krım tatarlarına təzyiqlərin artdığını deyir.

2001-ci ildə keçirilmiş siyahıyaalmaya görə, Krımın əhalisi 2.34 milyon olub. Əhalinin 60 faizdən çoxu özünü rus, 24 faizi ukraynalı, 12.4 faizi tatar kimi göstərib.

Rusiyada sonuncu siyahıyaalma 2010-cu ildə keçirilib, növbəti 2020-ci ilə planlaşdırılır.

XS
SM
MD
LG