Keçid linkləri

2017, 28 İyul, Cümə, Bakı vaxtı 19:16

Andrey Makarevichin Bakı konserti təxirə salındı


Andrey Makarevichin konsert posteri

-

"Cənab bakılılar, konsertimizə bilet alan tamaşaçılarınız qarşısında özünüz üzr istəyin və çalışın yalan danışmayasınız. Mən sizin üzürünüzü qəbul etmirəm”.

Andrey Makarevichin və “Kreol Tanqosunun Orkestri”nin Bakıdakı konserti təxirə salınıb. Bu barədə Andrey Makrarevich öz facebook hesabında yazıb. Konsertinə gəlmək istəyən, bilet alanlardan elə konserti təxirə salanların üzr istəməli olduğunu əlavə edib. Ona konsertin təxirə salınması “ukraynameyilli çıxışların” olması ilə izah olunub:

“Marazm güclənir. Bakı şəhəri “Kreol Tanqosunun Orkestri” adlı konsertimizi, “ukraynameyilli çıxışların” yaradacağı ehtimal olunması bəhanəsi ilə təxirə salıb. Bu günə qədər, bizim konsertlərimiz nə Rusiyada, nə Belarusiyada, nə Litvada, nə Moldovada, nə də Amerikada “ukraynameyilli çıxışların” yaranmasına səbəb olmayıb. Nə isə, cənab bakılılar, konsertimizə bilet alan tamaşaçılarınız qarşısında özünüz üzr istəyin və çalışın yalan danışmayasınız. Mən sizin üzürünüzü qəbul etmirəm”.

Oktyabrın 31-də Heydər Əliyev Sarayında Andrey Makarevichin və “Kreol Tanqosunun Orkestri”nin birgə konserti gözlənilirdi. Konsetə biletlər satışa çıxarılmış, afişa da hazırlanmışdı.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG