Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:56

Minsk qrupu həmsədrləri regiona gəlir


ATƏT-in Minsk Qrupunun həmsədrləri oktyabrın 14-də Azərbaycana gələcəklər.

APA-nın xəbərinə görə, onların dövlət başçısı İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan isə öz “Twitter” səhifəsində vasitəçilərin oktyabrın 17-də ölkəyə gələcəklərini yazıb.

Xatırladaq ki, səfərin əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin bu ayın sonunda Fransada keçiriləcək görüşünə hazırlıqdır.

XS
SM
MD
LG