Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 06:26

Tymoshenko 1500 partiya üzvünü lüstrasiya qanunu ilə uzaqlaşdırıb


Ukraynada keçmiş baş nazir Tymoshenko bildirib ki, lüstrasiya qanunu ilə onun rəhbərlik etdiyi Batkivschina partiyasının 1518 üzvü tutduğu vəzifədən və ya partiyadan uzaqlaşdırılıb.

Tymoshenko oktybarın 12-də İCTV televiziyasına deyib ki, onun partiyasını Ukrayna parlamentində və regional hakimiyyətlərdə təmsil edən bəzi adamlar son 2 il yarımda qanunsuz torpal bölgüsünə və dövlət büdcəsindən ayırmalara “şərəfsiz” səs veriblər.

Ukraynada qəbul olunan lüstrasiya qanunu keçmiş prezident Yanukovich dövründə məmurların və seçkili vəzifə tutanların korrupsiya fəaliyyətini yoxlamağı nəzərdə tutur. Bu qanunun təsiri altına 1 milyon adam düşür.

XS
SM
MD
LG