Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:15

Baş Prokurorluq: «Xədicə İsmayılın ölkədən çıxışına qadağa cinayət işi ilə bağlıdır»


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

Baş Prokurorluq jurnalist Xədicə İsmayılın ölkədən çıxışına qadağa qoyub. Bu qadağa cinayət işi ilə bağlıdır.

Bu barədə AzadlıqRadiosuna Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

«Xədicə İsmayılın qeyd edilən cinayət işi üzrə əlavə olaraq şahid qismində dindirilməsi, eləcə də aparılacaq digər istintaq hərəkətlərində iştirakı zərurəti yaranıb. Buna görə də onun ölkədən çıxmasına məhdudiyyət qoyulub».

Lakin o, söhbətin konkret hansı cinayət işindən getdiyini açıqlamayıb.

Xədicə İsmayıl deyir ki, onun hansı cinayət işi üzrə ölkədən çıxışına qadağa qoyulmasından xəbərsizdir:

«Ümumiyyətlə, mənə bu barədə heç bir xəbərdarlıq, ya məlumat verilməyib. Mən bu barədə hava limanında sərhədçilərdən xəbər tutmuşam».

Xədicə İsmayıl oktyabrın 12-də «Forum 2000» konfransında iştirak üçün Praqaya gedərkən sərhədçilər onun ölkədən çıxışına qadağa qoyulduğunu bildiriblər.

XS
SM
MD
LG