Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:49

Azərbaycana gələn 2 Rusiya gəmisi əvvəlcə İranda olub


Sağda "Dağıstan" gəmisi
Sağda "Dağıstan" gəmisi

Rusiyanın Bakıya gələcək iki gəmisi əvvəlcə İrana gedib. “Dağıstan” və “Qrad Sviyajsk” gəmiləri oktyabrın 13-də İranın Ənzəli limanında olub. Onları burda yerli hakimiyyət nümayəndələri və Rusiyanın İrandakı səfiri Levan Dzhagarian qarşılayıb.

Bu gəmilər keçən həftə Qazaxıstanda hərbi təlimlərdə iştirak edib, bundan sonra isə oktyabrın 16-da Azərbaycana gedəcək.

Rusiyanın iki gəmisinin 3 Xəzəryanı ölkəyə səfəri 20 günlük beynəlxalq əməkdaşlıq proqramının tərkib hissəsidir.

Ancaq iki Rusiya gəmisinin Xəzəryanı ölkələr arasında təkcə Türkmənistana getməməsinin səbəbi qaranlıq qalır.

XS
SM
MD
LG