Keçid linkləri

2024, 03 İyun, Bazar ertəsi, Bakı vaxtı 04:44

Suriyada iki azərbaycanlı döyüşçünün öldürüldüyü deyilir


"İslam dövləti" yaraqlısı
"İslam dövləti" yaraqlısı

-

Azərbaycan mediasında dövr edən hələ ki rəsmən təsdiqlənməmiş məlumatlara görə, Suriyada "İslam dövləti" qruplaşması tərkibində döyüşən iki azərbaycanlı həlak olub.

Onlardan birinin Abu Abdurauf al-Azeri adı ilə döyüşən Seymur Topçubaşov olduğu deyilir. O, artileriya bölməsinə rəhbərlik edib.

Digərinin - Abu Sureyya-nın isə Sumqayıtdan olduğu deyilir.

Məlumatda onların harada öldüyü açıqlanmır, amma Suriyanın şimalında - Kobanidə öldükləri güman edilir.

Azərbaycanca danışan "İslam dövləti" yaraqlılarının səsi aşağıdakı videoda eşidilir.

Video Kobani ətrafında çəkilib.

"İslam dövləti" sıralarında döyüşən azərbaycanlıların dəqiq sayı bilinmir. 200-300 arası olduğu deyilir.

XS
SM
MD
LG