Keçid linkləri

2017, 26 Aprel, çərşənbə, Bakı vaxtı 21:56

-

Ukraynanın şərqindəki Debaltsevo və Sçastye yaşayış məntəqələri yaxınlığında döyüşlər davam edir.

Separatçılar gecə saatlarında zenit qurğuları və atıcı silahlarla Ukrayna ordusunu Sçastye şəhəri yaxınlığında atəşə tutublar. Luqansk yaxınlığındakı Ukrayna hərbçiləri də atəşə tutulub.

Donetsk şəhər şurasından verilən məlumata görə, ötən gecə Kuybışev rayonunda da atəşə ara verilməyib. Şəhərin su təchizatı sıradan çıxıb.

Cümə günə Donetskdəki hərbi əməliyyatlarda üç nəfər dinc sakin həlak olub, 4 nəfər yaralanıb.

Özünü müstəqil elan edən «Donetsk Xalq Respublikası»nın baş naziri Alexander Zakharchenko oktyabrın 11-də keçirdiyi brifinqdə bildirib ki, qoşunların qarşılıqlı geri çəkilməsinə beş gün sonra başlana bilər: «Bu gündən atəşkəs rejimi başlamalıdır. Bu rejimə 5 gün əməl edilsə, o zaman hər iki tərəf ağır texnikaları geri çəkəcək».

Günün bütün mövzuları

XS
SM
MD
LG