-
Oktyabrın 9-da Yerevanda «hakimiyyət olmayan parlament 3-lüyü»nün mitinqi keçirilib.
Mitinqi Erməni Milli Konqresi, «Çiçəklənən Ermənistan» və «Miras» partiyaları təşkil edib.
İştirakçılar 3-lüyün liderləri – eks-prezident Levon Ter-Petrosian, oliqarx Gagik Tsarukian və keçmiş xarici işlər naziri Raffi Hovanissian-ı alqışlarla qarşılayıb.
Mitinqin əvvəlində «Çiçəklənən Ermənistan»dan Tigran Urikhanyan deyib ki, «bu mitinq Rusiyanın və ya Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulmasının əleyhinə deyil. Bunu belə qələmə vermək istəyən hakimiyyət nümayəndələri var... Bizim problemlər ölkənin daxilindədir. Bu mitinq laqeydlik əleyhinədir».
Mitinqdə çıxış edən deputat Mikael Melkumyan deyib ki, hakimiyyət konstitusiya islahatları ilə ömrünü 20 il də uzatmaq istəyir.
«Nə qədər sağıq, vuruşacağıq. Biz hakimiyyətin tam dəyişdirilməsinə gedəcəyik».
Bunu Miras Partiyasından Armen Martirosyan deyib:
«Hakimiyyət bütün cəbhələrdə iflas olub, həm xarici, həm də daxili siyasətdə. Onların getməsini tələb etməyə bizim tam haqqımız var».
Müxalif qüvvələrin mitinqi Yerevanın mərkəzi küçələri ilə ənənəvi yürüşlə başa çatıb.
Aksiyada 15-20 min adamın iştirak etdiyi bildirilir.
Video
Foto |