Keçid linkləri

2026, 13 İyul, bazar ertəsi, Bakı vaxtı 08:06

Hacıbaba Bağırov vəfat edib

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru Hacıbaba Bağırov oktyabrın 4-də 73 yaşında vəfat edib. Azərbaycanın xalq artisti Hacıbaba Bağırov teatr və kinoda komik rolların ifaçısı kimi tanınıb. Musiqili Komediya Teatrının səhnəsində onun sonuncu rolu Üzeyir Hacıbəyovun «O olmasın, bu olsun» komediyasında Məşədi İbad obrazı olub.


XS
SM
MD
LG