Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:40

Qırğızıstan Britaniyadan keçmiş prezidentin oğlunun təhvil verilməsini istəyir


Qırğızıstan Britaniyaya təzyiq edir ki, keçmiş prezident Kurmanbek Bakievin oğlunu təhvil versin. Maksim Bakiev qiyabi olaraq 25 il həbsə məhkum olunub.

Qırğızstan mediasının məlumatına görə, oktyabrın 10-da Qırğızstanın baş prokuroru Aida Salaynova Britaniyanın ədliyyə nazirinin müavini Faulksla bu məsələni müzakirə edib.

Qırğızstan məhkəməsi Maksim Bakiev və onun iki tərəfdaşı barədə sentybarda qiyabi prosesə başlayıb.

Onlar dövlət fondlarından pul mənimsəmədə ittiham olunurlar.

Maksim Bakiev hazırda Londonda yaşayır.

Keşmiş prezident Kurmanbek Bakiev isə Belarusdadır.

XS
SM
MD
LG