Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:59

Nobel Sülh mükafatı Kailash Satyarthi və Malala Yousafzai-ya verildi


Malala Yousafzai
Malala Yousafzai

-

Oktyabrın 10-da Osloda Nobel Sülh Mükafatı elan olundu. Namizdələr arasında Edward Snowden, Papa Francis və digər tanınmış şəxslərin adı hallanırdı.

Norveç Nobel komitəsinin nümayəndəsi Thorbjorn Jagland elan etdi ki, 2014-cü ilin Nobel lauretaları Pakistanlı Malala Yousafzai və Hindistanlı Kailash Satyarthi-dır. Sonuncu ad nisbətən gözlənilməz olsa da, məktəbli qız Malala-nın adı əsas namizədlər sırasında çəkilirdi. O, Talibanın qız məktəblərini dağıtmasına qarşı çıxıb, 2012-ci ildə başından güllələnib.

Norveç Nobel Komitəsi bildirib ki, 1.1 milyon dollarlıq mükafat üçün bu il rekord sayda – 278 nominasiya qəbul edib. Onların arasında Azərbaycan yazıçısı Əkrəm Əylisli də olub.

Nobel Mükavatı dekabrın 10-da, Osloda təqdim olunacaq

XS
SM
MD
LG