Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 10:23

Putin Kasparovun siyasətçiliyindən danışıb


Putin Kasparov haqda deyib ki, o, o qədər də səmərəli siyasətçi deyil, ancaq Kasparovu Rusiyada yarışlarda görməyə şaddırlar.

Putin beynəlxalq idman təşkilatlarının rəhbərləri ilə görüşdə deyib ki, “Ondan səmərəli siyasətçi hələ ki, alınmır. Ancaq o, böyük şahmatçıdır”.

Keçən həftə Yahoo-nun Xəbər bölməsinə müsahibə verən Kasparov demişdi ki, Putin İslam Dövləti təşkilatından daha təhlükəlidir.

Putin nadir hallarda öz tənqidçilərinin adlarını çəkir. Bu dəfə isə FİDE prezidenti İlumzhinovun sualına cavabında Putin Kasparov barədə danışıb.

İlumzhinov deyib ki, xarici qrosmeyster Rusiyada yarışda oynamaq istəmir ki, siyasi sabitlikdən narahatlıq var.

Putin deyib ki, hər bir xarici gəlib oynaya bilər, o cümlədən Kasparov.

XS
SM
MD
LG