Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:37

Nobel Mükafatı Fransa yazıçısına verildi


Patrick Modiano
Patrick Modiano

-

Ədəbiyyat üzrə Nobel Mükafatı Fransa yazıçısı Patrick Modiano-ya verildi.

O, mükafata “ən təsəvvürəgəlməz insan talelərinə işıq tutan və işğal gerçəklərini üzə çıxaran xatırlama məharətinə görə” layiq görülüb.

69 yaşlı yazıçı indiyəcən 30-can kitab yazıb.

Bunların çoxu kiçikhəcmli romanlardır (120-150 səhifəlik). Sadə dildə yazır. Onun əsas mövzuları kimlik axtarışı, vaxt, yaddaşdır. Bu axtarış daha çox qəhrəmanların öz həyat yollarını yenidən təftiş etmək yolu, xatirələr vasitəsilə baş verir.

Qalibi elan etmiş İsveç Akademiyasının daimi katibi Peter Englund jurnalistlərin suallarına cavab verərkən yazıçının "Qaranlıq köşklər küçəsi" romanını oxumağı tövsiyə edib. Roman qəzada yaddaşını itirmiş detektiv haqdadır. O özünün kimliyini xatırlamaq, tapmaq üçün təhqiqata başlayır. Təhqiqat onu 2-ci Dünya Müharibəsi dövrünə aparıb çıxarır. Detektiv aydınlaşdırır ki, o, Yunanlstandan olan yəhudidir, əsl adı da Jimmy Pedro Stern-dir...

Modianonun romanları ruscaya da çevrilib. ("Kiçik möcüzə", "Qaranlıq köşklər küçəsi" və s.)

Patrick Modiano Parisdə yaşayır. Fransada yaxşı tanınsa da, dünyanın elə də çox dilinə tərcümə edilməyib.

P.Modiano bundan əvvəl Avstriyanın "Avropa Ədəbiyyatı" Dövlət Mükafatına (2012), Fransanın ən nüfuzlu ədəbi ödülü olan Goncourt Mükafatına (1978) da layiq görülüb.

Nobel Mükafatının dəyəri 1,2 milyon dollardır. Təqdimat mərasimi bu ilin dekabrlnda Stokholmda olacaq.

P.Modiano imkanlı ailədə doğulub.

Atası tacir nəslindən olan yəhudi əsilli kommersant idi. O, əvvəl Toskanada, sonra isə Salonikidə yaşamışdı.

Anası flamand aktrisası idi.

Onlar 1942-ci ildə nasistlərin işğalı altında olan Parisdə tanış olmuşdular. 1944-cü ildə ailə qurmuşdular.

P.Modianonun ilk romanı olan "Ulduz meydanı" 1968-ci ildə çap edilib. Dərhal da müəllifə Fransada məşhurluq gətirib.

Onun demək olar ki, bütün əsərləri avtobioqrafikdir. Bir çoxu Fransanın işğalı haqdadır.

P.Modiano ailəlidir, iki qızı var.

O, 2000-ci ildə Cannes Festivalının münsifi olub. Əsərləri əsasında filmlər çəkilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG