Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:14

Türkiyə İD-yə qarşı birtərəfli quru əməliyyatına getməyəcək


Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu Ankarada oktyabrın 9-da deyib ki, “Türkiyə Suriyanın şimalında İslam dövləti yaraqlılarına qarşı birtərəfli quru əməliyyatına getməyəcək, çünki bu real yanaşma deyil”.

Cavusoglu bunu NATO baş katibi Stoltenberglə mətbuat konfransında deyib. NATO və ABŞ Türkiyənin İslam Dövləti yaraqlıları ilə mübarizəyə yaxından cəlb olunmasına çağırırlar.

Cavusoglu deyib ki, hava zərbələri yaraqlıları məğlub edə bilməz, ona görə bütün imkanlara, o cümlədən quru qoşunları yeridilməsi varinatına da baxılmalıdır. Cavusoglu deyib ki, Ankara Suriyanın şimalında təhlükəsdizlik zolağının və uçuşlardan azad zonanın yaradılmasına tərəfdardır.

XS
SM
MD
LG