Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:35

«Çox kasıbıq, ancaq yaşamaq da istəyirik»


Arxiv fotosu
Arxiv fotosu

-

“Babamızdan bizə miras qalan dörd otaqlı mənzilin üç otağında əmilərimiz öz ailələri ilə yaşayır. Bir otağa isə 6 nəfərlik ailəmiz sığınıb. Şəraitimiz dözülməzdir. Biz çox kasıbıq, ancaq yaşamaq istəyirik”.

Bu məktub AzadlıqRadiosunun “Qaynar xətt”inə Göyçayda Rəsulzadə küçəsindəki döngə 2, ev 6 ünvanda yaşayan Hüseynovlar ailəsinin azyaşlı üzvləri Hüseyn, Həsən, Nihad və Nicatın adından daxil olub. Məktubun gerisini ailə başçısı Nadir Hüseynovun dilindən eşidirik:

"BELƏ ŞƏRAİTDƏ YAŞAYAN İKİNCİ AİLƏ TAPMAZSIZ"

“2006-cı ildən mənzil növbəsinə dayansaq da, rayon icra hakimiyyətinin başcısı heç bir tədbir görmür. 150 manat maaş alıram, bu cüzi məvaciblə ailə dolandırmaq mümkün deyil. Yalnız aylıq çörək tələbatımızı ödəyir. Həyat yoldaşım 2-ci qrup əlildir. Ürək, zob, şəkər xəstəliklərindən əziyyət çəkir. Bəlkə də, Göyçayda bizim kimi dözülməz şəraitdə yaşayan ikinci ailə yoxdur. Mənim də balalarım isti ev-eşikdə yaşamaq, dərslərini normal şəraitdə hazırlamaq istəyirlər”.

Göyçay rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildirdilər ki, Nadir Hüseynov ev şəraitinin yaxşılaşdırılması üçün quruma dəfələrlə müraciət edib. Hətta prezidentə və onun xanımına da yazıb. Qurum da ailə başçısına ev tikmək üçün torpaq sahəsi təklif edib:

TORPAQDAN NİYƏ İMTİNA ETDİ?

İcra Hakimiyyətindən bildirilib ki, son illər rayonda yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişləri əsasında şəhid ailələri və müharibə əlilləri üçün binalar tikilib paylanır. Mənzil şəraitini yaxşılaşdırmaq üçün kiməsə kömək etmək İcra Hakimiyyətinin maddi imkanları xaricindədir. Həmin şəxsin durumunun ağır olduğunu nəzərə alaraq istisna hal kimi qurum ona torpaq sahəsi ayırmaq qərarına gəlib. Ancaq Nadir Hüseynov imtina edib.

Nadir Hüseynovsa deyir, İcra Hakimiyyətindən ona rayon mərkəzindən 8 kilometr aralıda yerləşən bir kəndin ərazisində torpaq təklif ediblər. Onunsa bu torpaqda ev tikməyə imkanı yoxdur.

XS
SM
MD
LG