Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:02

Tofiq Yaqubluya göndərilən sovqat qəbul olunub


Tofiq Yaqublu
Tofiq Yaqublu

Ailə üzvləri Müsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublu ilə görüşə bilmir.

Bu haqda AzadlıqRadiosuna Tofiq Yaqublunun qızı Nigar Yaqublu məlumat verib. Onun bildirdiyinə görə, görüşmək mümkün olmasa da, hələlik karantində saxlanan Tofiq Yaqubluya sovqat çatdıra biliblər:

«Bir neçə gün get-gəldən sonra nəhayət sovqatı qəbul etdilər. Telefonla danışmağa cəhd etsək də, mümkün olmadı. Atam özü də zəng etmir ki, vəziyyətinin nə yerdə olduğunu bilək. Gözləyirik karantindən çıxsın. 12 günü qalıb».

Tofiq Yaqublu ötən ilin yanvarında İsmayıllı hadisələrinə görə saxlanıb. Mart ayında Şəki Ağır Cinayətlər Məhkəməsi ona 5 il cəza kəsib.

Sentyabrın 24-də Şəki Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.

Sentyabrın 25-də Tofiq Yaqublu saxlandığı Şəki İstintaq Təcridxanasından Bakıya, Şüvəlan təcridxanasına gətirilib. Bir müddət öncə ailə üzvləri onun harada saxlanmasından xəbərsiz olduqlarını bildirirdilər.

Tofiq Yaqublu bir neçə gün öncə 13 saylı islah-əmək kolonuna köçürülüb.

XS
SM
MD
LG