Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 06:23

Uşaqlıq transplantasiyasından sonra dünyada ilk dəfə olaraq qadının övladı olub


Dünyada ilk dəfə olaraq uşaqlıq transplantasiyasından sonra isveçli qadının övladı olub.

Reuters agentliyinin məlumatına görə, bu tədqiqatı aparan alimlərin fikrincə, bu hadisə uşağı olmayan minlərlə qadına ana olmağa imkan verə bilər.

Adı çəkilməyən həmin isveçli qadının yaşı 30-dan bir qədər çoxdur.

İndi verilən məlumata görə, onun tamamilə sağlam oğlu sentyabr ayında doğulub.

İki il əvvəl ona 61 yaşlı qadından uşaqlıq köçürülüb. İsveçli qadının həmin donorla qohumluq əlaqələri olmayıb.

XS
SM
MD
LG