Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:16

Çinin baş naziri Moskvaya gəlir


Çinin baş naziri Li Keqiang özünün Avropa turu çərçivəsində Rusiyaya da səfər edəcək. Çinin rəsmi xəbər agentliyi Xinhua yazır ki, baş nazirin Rusiyaya səfəri zamanı maliyyə, enerji, yüksək sürətli dəmiryolu və s. sahələrdə 30-dan çox saziş imzalanması nəzərdə tutulub.

Li Keqiang-ın Rusiyaya İtalyada keçiriləcək Asiya-Avropa sammitinə qatılandan sonra səfər etməsi planlaşdırılır. Bu oktyabrın 13-ə gözlənilir.

Baş nazir daha sonra Avropa turu çərçivəsində Almaniyaya da səfər edəcək.

Çin və Rusiyanın çox sıx iqtisadi və diplomatik əlaqələri var. Pekin bildirir ki, hökümət Ukrayna böhranında nə Qərbin nə də ki Rusiyanın tərəfini tutmayacaq

XS
SM
MD
LG