Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:43

Oktyabrın 6-da nazirlərin görüşəcəyi deyilir


Sonuncu dəfə nazirlər 2006-cı ilin iyunun 13-də Parisdə görüşüblər
Sonuncu dəfə nazirlər 2006-cı ilin iyunun 13-də Parisdə görüşüblər
Azərbaycanın Xarici İşləri naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Vartan Oskanyan oktyabrın 6-da Moskvada görüşəcəklər. Ermənistan informasiya agentliklərinin yaydığı məlumata görə, bu barədə Yerevanda mətbuat konfransında ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bildirib. O, təxminən 10 gündən sonra nazirlər arasında daha bir görüşün keçiriləcəyini istisna etməyib.

Oktyabrın 2-də Bakıda keçirdikləri birgə brifinqdə həmsədrlər nazirlərin növbəti görüşünün vaxtı və yeri ilə bağlı onların irəli sürdüyü təklifə Azərbaycan Xarici İşlər nazirinin razılıq verdiyini bildirmişdilər.


Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə deyir ki, Azərbaycan tərəfi bu görüşə oktyabrın 2-də razılıq verib: «Əgər Ermənistan da bu təklifə razılıq veribsə, heç bir problem yoxdur».


Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı sonuncu dəfə nazirlər 2006-cı ilin iyunun 13-də Parisdə görüşüblər.


ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk Qrupunun həmsədrləri - amerikalı Mətyu Brayza, fransalı Bernar Fasye və rusiyalı Yuri Merzlyakov oktyabrın 2-də Bakıda olublar. Oktyabrın 3-də onlar Ermənistana gediblər. Ordan isə həmsədrlər Dağlıq Qarabağa gedəcəklər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG